Zəngəzurdan Qələbə Meydanına: Azərbaycanın Yeni Geosiyasi Kodları

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, yalnız media və ekologiyasahəsinə aid deyil, həm də regionun geosiyasixəritəsinin yenidən çəkildiyinə dair çoxsaylı mesajlarlazəngindir. Bu çıxışda Azərbaycanın enerji, nəqliyyat, iqtisadiyyat və siyasi baxış bucaqları aydın şəkildəgörünməkdədir. Prezidentin çıxışında diqqət çəkənəsas məqamlardan biri Xankəndidə “Parlament” adlandırılan separatçı bina əvəzinə KonqresMərkəzinin tikilməsi və orada dövlət başçılarınınqarşılanmasıdır. Bu dəyişiklik həm rəmzi, həm dəsiyasi güc nümayişidir.
Zəfər meydanı və tikilməkdəolan Qələbə muzeyi Azərbaycanın tarixi ədaləti bərpaetdiyini dünyaya nümayiş etdirir.
Füzulidə tikilənMirzə Uluqbəy məktəbi, yalnız bir təhsil ocağı deyil – o, türk dünyasının Qarabağa verdiyi ilk real infrastruktur dəstəyidir. Prezident ŞavkatMiromonoviçin bu addımı, yalnız məktəb deyil, həmdə xalqlar arasında yeni körpünün təməlinəçevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyikimi, artıq məktəbdə 500-dən çox uşaq təhsil alır vəbu, qayıdış prosesinin real uğurlarındandır.
Zəngəzurdəhlizi ilə bağlı Prezidentin verdiyi geniş məlumat buyolun təkcə Naxçıvana deyil, həm də beynəlxalqdaşımalara xidmət edəcəyini göstərir. 15 milyon ton ilkin yük potensialı, bu dəhlizin təkcə iqtisadi deyil, həm də strateji layihə olduğunu göstərir.
Azərbaycan dəmir yolunun Ermənistanla sərhədəqədər tamamlanması, prosesin bir hissəsinin artıqbitməsi bu layihənin reallığa çevrildiyini təsdiqləyir. Azərbaycanın nəqliyyat siyasəti paralel şəkildə davamedən çoxsaylı infrastruktur layihələri ilə müşayiətolunur. Xəzər dənizində ən böyük ticarət limanınınyükqaldırma qabiliyyətinin 25 milyon tonaçatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolununrəqəmsallaşdırılması, gömrük inzibatçılığınınsadələşdirilməsi bu qlobal planın hissələridir. Ermənistanın beş il ərzində heç bir iş görməməsi, buölkənin tranzit potensialını sıfıra yaxınlaşdırır.
Prezidentin sözləri ilə desək, Ermənistan nəinkinəqliyyat, həm də siyasi təcrid vəziyyətinə doğrusürüklənir. Bu, regionda baş verən geosiyasi proseslərəqarşı müqavimət göstərənlərin aqibətidir. Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycanmarşrutu artıq real axın yaradır. Azərbaycan budəhlizdə həm tranzit ölkə, həm də regional logistikaqovşağı rolunu oynayır. Orta Dəhlizlə Aralıq dənizilimanlarına çıxış imkanları Azərbaycanın Avrasiyaqitəsindəki yeni mövqeyini müəyyənləşdirir. COP29, yalnız ekologiya deyil, həm də iqtisadi və diplomatikdividentlər doğuran hadisəyə çevrilmişdir. Buradaimzalanmış müqavilələr, qlobal fondların yaradılmasıvə regional əməkdaşlıqlar üçün platformanınyaradılması Azərbaycanı bir daha beynəlxalqmünasibətlərin mərkəzinə gətirmişdir.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı bir çox sahələri əhatə edən dərin vəstrateji tezislərlə zəngindir. Bu çıxış Azərbaycanıngələcəyə baxışını, yaşıl iqtisadiyyata keçidini, informasiya mühitindəki liderliyini və regionun siyasiarxitekturasındakı yerini müəyyən edir. Azərbaycanındövlət başçısı, qətiyyətli mövqeyi, real addımları vəvizionu ilə ölkəsini sabahın aparıcı dövlətlərindənbirinə çevirir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil NazirliyininTorpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazipartiya təşkilatının sədr müavini
13:50 23.07.2025
Oxunuş sayı: 6452