Bu gün xalq artisti Telman Adıgözəlovun doğum günüdür

17 iyul 1953-cü ildə Balakəndə anadan olan Telman Adıgözəlov Azərbaycan teatr və kino sənətində iz qoymuş sənətçilərdən biri olub. Əslən Ordubadlı olan aktyor hələ məktəb illərindən səhnəyə maraq göstərib və bu sahədə ilk addımlarını atmağa başlayıb. O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və 1980-ci ildən etibarən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Telman Adıgözəlov uzun illər teatr səhnəsində müxtəlif rollarla çıxış edib. O, klassik və çağdaş dramaturqların əsərlərində müxtəlif xarakterli obrazlar yaradıb. Tamaşaçılar onu həm də “Nəsimi”, “Yaşıl eynəkli adam”, “Qonşular”, “Xatirələr sahili” kimi televiziya və kinolardan tanıyır.
2010-cu ildə vəfat edən aktyorun sənət yolu və canlandırdığı obrazlar bu gün də tamaşaçılar tərəfindən xatırlanır. Telman Adıgözəlovun bir qızı və bir oğlu var. O, Fatmayı kənd qəbiristanlığında dəfn olunub.
Ayhan
17:37 17.07.2025
Oxunuş sayı: 688