MOSSAD agentinin İrandakı inanılmaz fəaliyyəti - ŞOK

İranda Ketrin Peres-Şakdam şəxsiyyəti ətrafında qalmaqal böyüyür. Yəhudi əsilli Fransız jurnalistə bəziləri artıq «XXI əsrin Mata Harisi» deyir. Onun İranın elitasına yüksəlişi diqqətlə hazırlanmış bir əfsanə ilə başlayır. Fransada yəhudi ailəsində dünyaya gəlmiş Ketrin Peres-Şakdam Londondakı universitetdə psixologiya üzrə oxuyub, sonra maliyyə və kommunikasiya sahəsində magistr dərəcəsi alıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Londonda o, yəmənli sünni müsəlmanla evlənib və evlilik üçün İslamı qəbul edib. Bu evlilik 2014-cü ildə boşanma ilə başa çatıb. 2017-ci ilə qədər Peres-Şakdam yenidən İranda peyda olub, açıq şəkildə şiə olduğunu bəyan edib və İran İslam Respublikasının ideologiyasına fəal maraq göstərməyə başlayıb.
Qərb jurnalisti kimi təqdim edikərək, onun yazıları İranın aparıcı KİV-lərində — "Tehran Times", "Mashregh News", "Tasnim News", "Mehr News" və hətta Ali Rəhbərin rəsmi saytında "Khamenei.ir" saytlarında dərc olunub. Onun Qərbə qarşı materialları İran elitası arasında etimad qazanıb. Məlumdur ki, o, yüksək vəzifəli şəxslərlə görüşüb, o cümlədən prezidentliyə namizəd İbrahim Raisi ilə, ondan "Russia Today" üçün müsahibə alıb, həmçinin Qüds qüvvələrinin komandiri general Qasim Süle*ymanidən də müsahibə alıb. Ona ən qorunan zonalara, o cümlədən məmurların və generalların şəxsi evlərinə giriş imkanı verilib, burada kritik kəşfiyyat məlumatları topladığı iddia olunur.
Bəzi mənbələrə görə, onun əldə etdiyi məlumatlar 12 günlük müharibə zamanı İsrailin İranın hərbi və nüvə obyektlərinə dəqiq zərbələr endirməsində əsas rol oynayıb. Onun məlumatları əsasında MOSSAD agentləri ölkəyə dəqiq silahlar gizli şəkildə gətiriblər və Tehranın yaxınlığında pilotsuz uçuş aparatlarının bazasını qurublar, oradan hava müdafiə obyektləri və ballistik raketlərin buraxılış qurğularına zərbələr endirilib. Bu əməliyyatlar faktiki olaraq İranın cavab tədbirləri imkanlarını iflic edib.
İranda indi anlamağa çalışırlar ki, İslam Respublikası necə MOSSAD agenti tərəfindən demək olar ki, izlənilib? Üç nəfər artıq Ketrinlə əlaqələrinə görə edam olunub, onlarla digər şəxsin taleyi isə hələ qeyri-müəyyəndir.
İran televiziyası bildirir ki, Ketrin Peres-Şakdam yalnız jurnalist kimi deyil, həm də şəxsi cazibəsindən istifadə edərək qiymətli məlumatlar ələ keçirib. Parlamentin keçmiş deputatı Mustafa Kavakebianın sözlərinə görə, o, güman ki, 120-dən çox yüksək vəzifəli hakimiyyət nümayəndəsi ilə cinsi əlaqədə olub. Kavakebian prokurorluğa sənədlər və sübutlar təqdim etdiyini, o cümlədən Peres-Şakdamın öz etiraflarını, orada o, məqsədlərinə çatmaq üçün intim münasibətlərdən istifadə etdiyini açıq şəkildə söylədiyini bildirib.
14:08 15.07.2025
Oxunuş sayı: 758