Tiflis metrosu Rusiya istehsalı olan qatarlardan imtina edir

Tbilisi Şəhər Bələdiyyəsi 2023-cü ildə elan edilən tenderin nəticələrini açıqlayıb. Nəticəyə əsasən, Gürcüstan paytaxtının metro sistemi Çinin “GT Group” şirkətinin istehsalı olan 25 yeni qatarla təmin olunacaq.
Yeni sifarişə əsasən, 11 qatar dörd-vaqonlu, 15 qatar isə beş-vaqonlu olacaq.
Hazırda Tiflis metrosunda istifadə olunan “Metrovaqonmaş” markalı (əvvəllər SSRİ, hazırda Rusiya istehsalı) qatarlara 2026-cı ildən etibarən mərhələli şəkildə son veriləcək. Onların yerini Çin istehsalı olan daha müasir və səmərəli qatarlar tutacaq.
14:11 14.07.2025
Oxunuş sayı: 505