İran və İsrail arasında qarşıdurma riski yenidən artıb

Amerika KİV-nin yeni təhlilində İran ilə İsrail arasında artan nüvə gərginliyinə diqqət çəkilərək, iki ölkə arasında yenidən hərbi qarşıdurma riskinin yüksəldiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat verib.
Məqalədə qeyd olunur ki, son həftələrdə baş verən hadisələr, xüsusilə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığını dayandırması, nüvə obyektlərində qeyri-müəyyənliyin artması və İsrailin strateji hazırlıqlarını sürətləndirməsi vəziyyəti daha da gərginləşdirib.
Jurnal yazır: “İsrail və İran arasında mövcud olan dərin strateji nüvə uçurumu hələ də aradan qaldırılmayıb. Son atəşkəs yalnız görünən sakitliyi təmin edib, lakin əsas problemləri ört-basdır etməyib”.
14:43 11.07.2025
Oxunuş sayı: 877