Britaniya: “İranın təhdidləri artır”

Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin yeni hesabatında İranın Britaniya üçün ciddi və artan təhdid mənbəyi olduğu bildirilib. Komitə qeyd edir ki, İranın yaratdığı təhdidlər Rusiya və Çin qədər genişmiqyaslı olmasa da, hökumət bu təhlükələrlə mübarizəyə tam hazır deyil.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Hesabatda parlament nümayəndələri xüsusilə vurğulayıblar ki, İran hakimiyyəti son illərdə Britaniya ərazisində tanınmış yəhudi şəxslərə qarşı azı 15 dəfə sui-qəsd və ya qaçırılma cəhdində ittiham olunur.
Bildirilib ki, İran tərəfindən gələn təhlükələr yalnız fiziki hücumlarla məhdudlaşmır. Komitəyə görə, bu risklərə casusluq, kibertəhlükələr və nüvə silahı hazırlamaq səyləri də daxildir. Komitənin sədri Kevin Cons vəziyyəti belə şərh edib: “İran bizi narahat olduğumuz bütün təhdidlərdə mővcuddur"
10:55 11.07.2025
Oxunuş sayı: 631