Tramp: Rusiya Ukrayna münaqişəsinin həllində çevik davranmır

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp Ukrayna münaqişəsinin başa çatması məsələsində Rusiyanın daha çevik mövqe sərgiləməməsindən narazıdır.
Rubio qeyd edib ki, Tramp bu məsələdə açıq şəkildə narazılığını ifadə edib və vəziyyətin dəyişəcəyinə ümid edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri Rubio Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının görüşü çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Prezident Tramp bu məsələdə olduqca açıq danışdı: o, Rusiyanın münaqişənin başa çatmasına yönəlik daha çevik yanaşma nümayiş etdirməməsindən məyusdur və narahatdır. Ümid edirik ki, bu dəyişəcək. Biz bu prosesdə iştirakda davam edəcəyik və vəziyyətin dəyişməsi üçün imkanlar axtaracağıq,” – deyə Rubio bildirib.
Zəhra Ağayeva
22:25 10.07.2025
Oxunuş sayı: 739