Husilər İsraildə hava limanına raket zərbəsi endirdilər

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Hərəkatın sözçüsü Yəhya Sari bildirib ki, hücumda “Zülfiqar” ballistik raketindən istifadə olunub.
Hazırda İsrail tərəfi rəsmi açıqlama verməyib və zərbənin nəticələri barədə məlumat yoxdur.
18:00 10.07.2025
Oxunuş sayı: 733