Pezeşkian və Kosta AEBA ilə əməkdaşlığı və regional gərginliyi müzakirə etdilər

Bu gün İran prezidenti Məsud Pezeşkian və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığının bərpası, bölgədə baş verən son proseslər, 12 günlük müharibə və İran-Aİ münasibətlərinin gələcəyi barədə fikir mübadiləsi aparıblar.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Pezeşkian bildirib ki, AEBA ilə əməkdaşlığın davamı üçün nüvə məsələsindəki ikili standartlara son qoyulmalıdır. O, əlavə edib ki, “İrana qarşı növbəti hücum daha qəti cavabla qarşılanacaq.”
Kosta isə Avropa İttifaqının diplomatik yollarla problemlərin həllinə üstünlük verdiyini və Tehranla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.
17:35 10.07.2025
Oxunuş sayı: 754