Deputatın telefonu müsadirə olundu, oğlu həbs edildi

Ermənistan milli təhlükəsizlik xidməti Ermənistanın müxalif "Hayastan" fraksiyasının deputatı, Daşnaksütun partiyasının funksioneri Geğam Manukyanın mobil telefonunu müsadirə edib və onun oğlu Taron Manukyanı həbs edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.
Eyni zamanda, Daşnaksütun partiyasının funksioneri, deputat Geğam Manukyanın, eləcə də həmin orqanın aparat rəhbəri Vaan Matinyanın evlərində axtarış aparılıb. Axtarışlar həmçinin Daşnaksütyun partiyasənın Gənclər İttifaqının Mərkəzi İdarəsinin rəhbəri, Egvard icmasının şura üzvü Gevorq Muradyanın evində də həyata keçirilib.
Bundan əlavə, Daşnaksutyunun İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyan da polisə aparılıb.
Fatimə Məmmədova
15:58 10.07.2025
Oxunuş sayı: 801