Ermənistanda partlayıcılar və silahlar aşkarlanıb: 7 nəfər həbs edilib

Ermənistanda terror aktının hazırlanması ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.
Crossmedia.az bildirir ki, onlardan biri barəsində terrorçuluğa hazırlıq əlamətləri üzrə cinayət işi açılıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib. Onun sözlərinə görə, saxlanılmalar səhər saatlarında daşnaklara məxsus evlərdə aparılan axtarışlarla bağlıdır.
Qeyd edək ki, həmin şəxslərin üzərindən və yaşadıqları ünvanlardan detonator, qumbara və partlayıcı maddələr aşkarlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Fidan Xəlilova
14:50 10.07.2025
Oxunuş sayı: 909