Xüsusi təyinatlılar polisə qarşı əməliyyat keçirdi, həbslər var

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonundakı polis idarələrində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanlarının dörd əməkdaşı xüsusi təyinatlıların nəzarətinə götürülüb. Onlar korrupsiya və qeyri-qanuni fəaliyyətlərə göz yummaları səbəbilə istintaqa cəlb olunublar.
Crossmedia.az məlumat verir ki, azərbaycanlı sahibkarların bu polis əməkdaşlarına rüşvət verməsi, tütün və spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə icazə almadan davam etmələrinə şərait yaratması haqqında xəbərlər yayılıb.
Hazırda adıçəkilən hüquq-mühafizə əməkdaşları ilə bağlı araşdırmalar davam etdirilir. Əməliyyat çərçivəsində əlavə sübutlar toplanır və daha çox şəxsin bu işə cəlb olunma ehtimalı istisna edilmir. Təhlükəsizlik orqanları məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edir.
Fidan Qarayeva
14:31 10.07.2025
Oxunuş sayı: 744