Zelenski İtaliyada keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir

Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyada 10-11 iyul tarixlərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir.
Crossmedia.az FREEDОМ kanalınına istinadən bildirir ki, dövlət başçısı konfrans iştirakçıları qarşısında çıxış edəcək, tədbirə 4 mindən çox hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndəsinin qatılacaq. Konfrans çərçivəsində həmçinin “İstəyənlər Koalisiyası”nın toplantısı keçiriləcək. Bu görüşdə dünya liderləri təhlükəsizlik məsələlərini və Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsini müzakirə edəcəklər.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski hazırda rəsmi səfərlə İtaliyadadır. O, iyulun 9-da Roma Papası XIV Lev və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşüb. Bu gün, iyulun 10-da isə Zelenski Ukraynanın illik beynəlxalq Bərpa Konfransında iştirak edəcək.
Fidan Qarayeva
14:03 10.07.2025
Oxunuş sayı: 805