AEBA: “İranda nüvə silahına aid heç bir sübutumuz yoxdur, ancaq...”

Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib ki, İranın nüvə silahına malik olduğuna dair heç bir sənəd yoxdur. Onun sözlərinə görə, Tehranın agentliklə əməkdaşlığının azalması qlobal təhlükəsizliyə qarşı təhdiddir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, AEBA müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə qadağa qoyulmasına da toxunan Qrossi “bizim obyektlərə çıxışımız nə qədər az olarsa, risklər də bir o qədər çox olacaq”, - deyə, vurğulayıb.
13:15 10.07.2025
Oxunuş sayı: 994