Samvel Karapetyan Roman Bağdasaryana qarşı məhkəmə iddiası qaldırdı

Ermənistanlı iş adamı Samvel Karapetyan baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan və bloger Roman Bağdasaryana qarşı məhkəmə iddiası qaldırıb. O, Roman Bağdasaryandan 6 milyon dram təzminat tələb edir və onun paylaşdığı məlumatları təkzib etməsini istəyir.
Crossmedia.az bildirir ki, iddiaya əsasən, Samvel Karapetyan Roman Bağdasaryanın 18 iyun tarixində Facebookdakı iki səhifəsində yerləşdirdiyi faktiki məlumatların təkzib olunmasını tələb edir. İş adamı hesab edir ki, bu məlumatlar həqiqətə uyğun deyil və onun nüfuzuna xələl yetirib.
Ermənistanda vəziyyət o həddə çatıb ki, demək olar, hər kəs bir-birinə qarşı məhkəmə iddiası qaldırmalıdır. Cəmiyyət daxilində normal və mədəni dialoq yoxdur, sağlam tənqidə yer verilmir. Xüsusilə də baş nazir Nikol Paşinyana qarşı səslənən tənqidlər ya olmur, ya da cavabsız qalır.
Mehriban Yariyeva
12:21 10.07.2025
Oxunuş sayı: 874