Böyük Britaniya və Fransa nüvə əməkdaşlığını dərinləşdirir

Böyük Britaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığı gücləndirmək və bu istiqamətdə əlaqələndirilmiş addımlar atmaq barədə razılığa gəlib. Böyük Britaniya hökuməti bu barədə açıqlamanı iki ölkə arasında keçiriləcək ikitərəfli sammit ərəfəsində yayıb.
Crossmedia.az-ın məlumatına görə bəyanatda qeyd olunub ki, yeni imzalanmış birgə sənəddə ilk dəfə olaraq hər iki ölkənin nüvə çəkindirmə sistemlərinin müstəqil olduğu, lakin zərurət yarandıqda koordinasiyalı şəkildə istifadə oluna biləcəyi vurğulanacaq. Bildirilib ki, Avropaya qarşı istənilən ekstremal təhlükə hər iki ölkənin birgə cavabını şərtləndirəcək.
Eyni zamanda, Britaniya və Fransa daha çox uzaqmənzilli Fırtına Kölgəsi raketləri sifariş etməyə və onların təkmilləşdirilmiş versiyalarının hazırlanmasına başlamağa qərar verib.
Nigar Rəhimova
12:15 10.07.2025
Oxunuş sayı: 767