Papa Fransisk Ukrayna münaqişəsinin həlli üçün Vatikanın vasitəçiliyinə hazır olduğunu bildirib

Roma Papası Fransisk Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşdə Vatikanın münaqişənin həlli istiqamətində dialoq üçün vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Müqəddəs Taxt-Tac (Vatikan) tərəfindən yayılan məlumatda bildirilir: “Pontifik və Prezident Zelenski Ukraynada davam edən münaqişəni və ədalətli, uzunmüddətli sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.”
Məlumata əsasən, Papa Fransisk münaqişə qurbanlarına görə kədərini ifadə edib və Ukrayna xalqına dualarını və mənəvi yaxınlığını yenidən çatdırıb. O, eyni zamanda, əsirlərin azad olunması və ortaq həll yollarının tapılması üçün bütün təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Fatimə Nəbiyeva
19:04 09.07.2025
Oxunuş sayı: 610