Avropa Komissiyasının Prezidenti: “Avropanın müdafiəsi bizim öz məsuliyyətimizdir”

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropanın təhlükəsizliyinin təmin edilməsində digər ölkələrə arxalanmağın mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən gələn təhdidlər hələ də ciddi olaraq qalır və Ukraynaya qarşı müharibə davam edir.
Crossmedia.az the guardian-a istinadla bildirir ki, Ursula fon der Lyayen bu barədə Avropa Parlamentində çıxışı zamanı danışıb.
“Biz başqalarına bel bağlaya bilmərik. Avropanın müdafiəsi – bu, bizim öz məsuliyyətimizdir” – deyə Komissiya Prezidenti vurğulayıb.
Fon der Lyayen, həmçinin, Avropada müdafiə və hərbi sahəyə yatırımların artırılması ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, bu sahəyə 800 milyard avroya qədər investisiyalar və 150 milyard avro həcmində birgə hərbi alışlar üçün kreditlərin ayrılması nəzərdə tutulur.
Fidan Xəlilova
18:08 09.07.2025
Oxunuş sayı: 446