MAQATE: İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair əlamətlər yoxdur

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair heç bir əlamət qeydə almayıb.
Crossmedia.az bildirir ki, Qrossi Polşanın “Rzeczpospolita” qəzetinə verdiyi müsahibəsində deyib: “İranın nüvə silahı əldə etmək imkanına malik olması ilə onun bu silaha sahib olması tamamilə fərqli məsələlərdir. Bizim təqdim etdiyimiz məlumatlar çox həssas idi, çünki bu məlumatlar nüvə bombası yaratmaq potensialına işarə edirdi. Lakin bu, həmin potensialın gerçəkləşəcəyi mənasına gəlmir”.
O, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə obyektlərinə hücum qərarını şərh etməkdən imtina edib. Qrossi qeyd edib ki, MAQATE-nin əsas missiyası faktları müəyyənləşdirmək və bu barədə məlumat verməkdir. O, bir daha vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı məsələlər zor tətbiqi ilə həll oluna bilməz.
Mehriban Yariyeva
00:30 10.07.2025
Oxunuş sayı: 806