NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı

NATO Baş katibi Mark Rutte bildirib ki, Üçüncü Dünya Müharibəsi Çin və Rusiyanın eyni vaxtda hücumu ilə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber Türk" məlumat verib.
Bildirilib ki, Çin Tayvana hücum etsə, Rusiya da eyni anda Avropada NATO ölkələrinə hücum edə bilər.
Rutte qeyd edib ki, bu riskə qarşı NATO güclü olmalı və Hind-Sakit okean bölgəsi ilə əməkdaşlıq etməlidir.
O, həmçinin Rusiyanın silah istehsalını artırdığını və Çin, Şimali Koreya, İranla birlikdə çalışdığını bildirib.
Fatimə Məmmədova
23:40 09.07.2025
Oxunuş sayı: 730