Ankarada saxta evlilik əməliyyatı: 30 nəfər saxlanılıb

Ankarada viza müddəti bitmiş Mərakeş vətəndaşı qadınların pulla türkiyəli kişilərlə evləndirilməsi ilə bağlı əməliyyat keçirilib. Nəticədə 10-u nikah məmuru olmaqla 30 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, Ankaranın 9 fərqli rayonunda çalışan nikah məmurları və vasitəçilər, viza müddəti bitmiş Mərakeş vətəndaşı qadınları pulla türkiyəli kişilərlə evləndiriblər.
Bildirilib ki, bu cür saxta sənədlərlə bağlanan nikahlar ləğv ediləcək. Mərakeş vətəndaşı qadınlar isə ölkədən deportasiya olunacaqlar.
Fatimə Məmmədova
16:32 09.07.2025
Oxunuş sayı: 627