İran rəsmisi: “Trampı hədəf ala bilərik”

İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani son televiziya çıxışında ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla bağlı səsləndirdiyi qeyri-ciddi və istehzalı fikirlərlə gündəmə gəlib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Laricani bildirib ki, “Tramp artıq Mar-a-Laqoda günəş vannası qəbul edə bilməz, çünki uzanmış vəziyyətdə kiçik bir dron onun qarnını nişan ala bilər”. O, habelə iddia edib ki, İran pilotsuz təyyarə ilə Fransa prezidenti Makronu diskotekada hədəfə ala bilər.
Bu açıqlamalar, ekspertlərin fikrincə, İran rəsmilərinin real hərbi və diplomatik problemlər fonunda ictimai düşüncəni yayındırmaq və daxili auditoriyaya “güclü mövqe” görüntüsü vermək cəhdlərinin bir nümunəsi kimi qiymətləndirilir.
16:13 09.07.2025
Oxunuş sayı: 579