Pentaqon rəhbəri Ağ Evə məlumat vermədən Ukraynaya silah göndərişini dayandırıb – Tramp müdaxilə edib

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pete Hegseth ötən həftə Ağ Evə əvvəlcədən məlumat vermədən Ukraynaya silah tədarükünü dayandırıb. Bu qərar administrasiya daxilində ciddi çaşqınlıq yaradıb və rəsmilər həm Konqres, həm də Kiyev qarşısında bu addımı izah etməkdə çətinlik çəkiblər.
Crossmedia.az bildirir ki, Prezident Donald Tramp gecikmə barədə məlumat aldıqdan sonra dərhal müdaxilə edib və bəzi silah göndərişlərinin, xüsusilə də Patriot raketlərinin yenidən bərpa olunması barədə göstəriş verib.
Qeyd olunur ki, bu, Pete Hegsethin 2025-ci il ərzində Ukraynaya yardımı geniş məsləhətləşmə aparmadan ikinci dəfə dayandırmasıdır. Hər iki halda, yardımlar yalnız Tramp və ya digər yüksək vəzifəli şəxslərin müdaxiləsindən sonra yenidən davam etdirilib. Hadisə ABŞ administrasiyası daxilində Ukrayna siyasəti ilə bağlı koordinasiya problemlərini bir daha gündəmə gətirib.
11:32 09.07.2025
Oxunuş sayı: 978