Netanyahu və Trampın ikinci görüşü baş tutub: Əsas mövzu girovların azadlığı və İranın məğlubiyyəti

9 iyul gecəsi İsrailin Baş Naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında ikinci görüş keçirilib. Görüş təxminən bir saat yarım davam edib, mediaya açıq olmayıb və yekununda heç bir rəsmi açıqlama verilməyib.
Crossmedia.az bildirir ki, Netanyahu görüşdən sonra bildirib ki, əsas diqqət girovların azad olunması üzərindədir və bu istiqamətdə geri addım atılmayacaq. O, həmçinin HƏMAS-ın hərbi və siyasi potensialının məhv edilməsinin və Qəzza sektorunun İsrail üçün təhlükə yaratmamasının prioritet olduğunu vurğulayıb. Baş Nazir əlavə edib ki, görüşdə İran üzərində qazanılan böyük qələbənin nəticələri və perspektivləri müzakirə olunub, həmçinin Əbrahəm razılaşmalarının genişləndirilməsi üçün imkanların olduğu qeyd edilib.
11:19 09.07.2025
Oxunuş sayı: 674