Fransa: İranın nüvə proqramı ABŞ və İsrail zərbələri ilə ciddi ziyan görüb

Fransanın xarici kəşfiyyat agentliyinin rəhbəri Nikolas Lerner bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində İranın nüvə proqramının bütün əsas komponentləri ciddi ziyan görüb. Lerner vurğulayıb ki, bu zərbələr İranın nüvə fəaliyyətinə əhəmiyyətli təsir göstərib.
Crossmedia.az bildirir ki, Lerner əlavə edib ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının yalnız bir hissəsi hücumlarda məhv edilib, lakin qalan ehtiyatların dəqiq yeri hələ müəyyən edilməyib. O, həmçinin qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri İrana qayıtmadan vəziyyətə tam aydınlıq gətirmək mümkün deyil.
11:16 09.07.2025
Oxunuş sayı: 839