Tramp və Netanyahunun Ağ Ev görüşü açıqlamasız başa çatıb

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü səhər saatlarında Ağ Evdə görüş keçiriblər. Görüşün əsas mövzusunun Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq yollarının müzakirəsi olduğu bildirilir.
Crossmedia.az bildirir ki, görüş təxminən bir saat 50 dəqiqə davam etsə də, tərəflərdən heç biri mətbuata açıqlama verməyib və rəsmi bəyanat yayımlanmayıb. Al-Jazeera görüşün nəticəsiz və səssiz başa çatdığını vurğulayıb.
İsrailin Yedioth Ahronoth nəşri isə iddia edib ki, görüş zamanı Donald Tramp Qəzza müharibəsinin dayandırılması üçün Benyamin Netanyahunun üzərinə ciddi təzyiq göstərib. Hələlik nə Tramp, nə də Netanyahu tərəfi bu iddialarla bağlı hər hansı şərh verməyib.
10:28 09.07.2025
Oxunuş sayı: 862