Erməni keşişdən sərt bəyanat: "Üçmüədzinə girənləri lənətləyirəm"

Erməni iyeromonax (rahib) Asoxik Karapetyan müqəddəs Eçmiədzin ərazisinə daxil olmağa cəsarət edən hər kəsi lənətlədiyini bildirib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Eçmiədzin – bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi müqəddəs məkandır.
Crossmedia.az bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, hüquq-mühafizə orqanlarının çərşənbə günü səhər saatlarında Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirməyi planlaşdırdığı iddia edilib. Bu iddialardan sonra Asoxik Karapetyan rəsmi bəyanat yayıb.
“Verilmiş keşişlik rütbəsinin səlahiyyəti və mənəvi ilahi əmrə əsaslanaraq (Yəhya İncilindən sitat: “Kimlərin günahını bağışlasanız, bağışlanacaq, kimlərə aid etsəniz, üzərlərində qalacaq”), bu müqəddəs səhərdə və ya hər hansı bir vaxtda Eçmiədzinə daxil olmağa cürət edən, öz ruhunu şeytana satan, Erməni Patriarxlığını təhqir edən, ruhanilərə və Allahın seçilmiş qulluqçusu – bütün ermənilərin katolikosuna qarşı qılınc qaldıran, erməni xalqının müqəddəslərini tapdalayan hər kəsi lənətləyirəm,” – deyə rahibin bəyanatında qeyd olunub.
10:25 09.07.2025
Oxunuş sayı: 811