Aİ Ukrayna üçün 100 milyard avroluq uzunmüddətli dəstək fondu yaratmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Ukrayna üçün 100 milyard avro dəyərində uzunmüddətli dəstək fondu yaratmağa hazırlaşır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, fondun yaradılması ilə bağlı qərar Aİ-nin iyulun 16-da təqdim etməyi planlaşdırdığı yeni G7 büdcə təklifinə daxil ediləcək. Əgər qərar təsdiqlənərsə, maliyyələşmə 2028-ci ildən etibarən başlaya bilər.
Fond hazırkı mexanizmə oxşar şəkildə – qrantlar və güzəştli kreditlər vasitəsilə fəaliyyət göstərəcək. Dəstəyin əsas məqsədi Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsində həyata keçiriləcək islahatlara töhfə vermək olacaq.
10:00 09.07.2025
Oxunuş sayı: 856