Qazaxıstan ABŞ ilə gömrük rüsumlarına görə danışıqlara hazırlaşır

Qazaxıstan hökuməti ABŞ tərəfindən tətbiq olunan 25 faizlik gömrük rüsumları fonunda ikitərəfli ticarət əlaqələrinin yaxşılaşdırılması məqsədilə Vaşinqtona təkliflər göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin qiymətləndirməsinə görə, yeni rüsumlar Qazaxıstanın ABŞ-yə ixracının təxminən 95 faizini əhatə etməyəcək.
“Qazaxıstan milli maraqları qorumaq və davamlı ticarət-iqtisadi tərəfdaşlığı gücləndirmək məqsədilə qarşıdan gələn danışıqlara hazırlaşır”, – deyə nazirlikdən bildirilib.
21:35 08.07.2025
Oxunuş sayı: 883