İran: “İsrail diplomatiyanı məhv etdi, amma ABŞ onu dirçəldə bilər”

İranın xarici işlər naziri Abbas Əraqçı son açıqlamasında diplomatik proseslərlə bağlı ABŞ və İsraili fərqli yanaşmalarına görə dəyərləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirin açıqlamasına görə, son günlər İran ABŞ-nin danışıqlara qayıtmağa hazır ola biləcəyinə dair mesajlar alıb, lakin bu prosesin davamlı olacağına inanmaq çətindir.
“Biz dialoqun davam edəcəyinə şübhə etmək üçün əsaslı səbəblərə malikik. Əgər sülh yolu ilə həll üçün həqiqi istək varsa, ABŞ ədalətli razılaşmaya real şəkildə hazır olduğunu göstərməlidir”, – deyə Əraqçı vurğulayıb.
O əlavə edib ki, İran hələ də diplomatik həll yollarında maraqlıdır.
21:15 08.07.2025
Oxunuş sayı: 1089