ABŞ Ukraynaya silah tədarükünü yaxın vaxtlarda bərpa edə bilər

ABŞ-nin Ukraynaya silah və hərbi texnika tədarükünü yaxın gələcəkdə yenidən bərpa etməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, vu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanın müdafiə naziri Rustem Umerovla bu məsələ ətrafında danışıqlar aparmağı planlaşdırır.
Ağ Ev Ukrayna tərəfini mühəndislik avadanlığı və bəzi zirehli texnikaların tədarükünün tezliklə yenilənəcəyi barədə məlumatlandırıb. Lakin konkret tarixlər hələlik açıqlanmayıb.
20:55 08.07.2025
Oxunuş sayı: 834