Suriya prezidenti Əbu-Dabidə İsrailin milli təhlükəsizlik müşaviri ilə görüşüb

Suriya Prezidenti Əhməd əl- Şəraa Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə İsrailin milli təhlükəsizlik müşaviri ilə görüşdüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, Suriya mediasında yayılan məlumata görə, bu görüş tərəflər arasında ilk təmas deyil. Mənbələr qeyd edir ki, bu danışıqlar İsrail və Suriya arasında münasibətlərin normallaşması istiqamətində “əhəmiyyətli inkişafın” göstəricisidir.
20:35 08.07.2025
Oxunuş sayı: 810