İran ABŞ ilə danışıqlar üçün görüş tələbi ilə bağlı iddiaları rədd etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei ABŞ Prezidenti Donald Trampın Tehran tərəfindən ABŞ danışıqlarçılar ilə görüş üçün rəsmi tələbin olduğu barədə səsləndirdiyi iddiaları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İran diplomatının sözlərinə görə, Tehran ABŞ tərəfinə heç bir görüş tələbi göndərməyib. Dövlətə məxsus televiziyanın yaydığı məlumata əsasən, Esmail Baqaei bunları deyib: “Biz ABŞ ilə görüşmək üçün heç bir rəsmi müraciət etməmişik.”
Bu açıqlama ABŞ prezidenti Donald Trampın Tehranla birbaşa danışıqların yaxınlaşdığı barədə səsləndirdiyi bəyanatlara cavab olaraq verilib. İran rəsmisi belə görüşlə bağlı məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.
Fatimə Nəbiyeva
13:56 08.07.2025
Oxunuş sayı: 719