ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində azı 104 nəfər həlak olub

ABŞ-nin Texas ştatında yağan güclü yağışlar və Guadalupe çayının daşması nəticəsində baş verən daşqınlar azı 104 nəfərin həyatına son qoyub.
Bu barədə Crossmedia.az “The New York Times” saytına istinadən bildirir ki, həlak olanlar arasında azı 28 uşaq var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, təbii fəlakət bölgədə ciddi dağıntılara və infrastrukturun zədələnməsinə səbəb olub. Yerli hakimiyyət orqanları əhalini təhlükəsiz zonalara köçürmək üçün səfərbər olub. Fövqəladə hallar xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Havanın yağıntılı keçməsi isə xilasetmə işlərini çətinləşdirir.
Mütəxəssislər bildirir ki, bölgədə bu cür daşqınların təkrarlanma riski yüksəkdir və vətəndaşlara diqqətli olmaları tövsiyə olunur. Rəsmi qurumlar təbii fəlakət nəticəsində həlak olanların sayının artacağından ehtiyat edirlər. Hazırda itkin düşənlərin axtarışları intensiv şəkildə davam etdirilir.
Fidan Qarayeva
09:23 08.07.2025
Oxunuş sayı: 1091