Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.
Zəlzələnin episentri ölkənin Riverton bölgəsindən 208 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan və ya maddi zərər barədə məlumat verilməyib.
Mədinə Cəlilova
22:50 07.07.2025
Oxunuş sayı: 708