Trampdan Asiyaya sərt qərar: Yaponiya və Cənubi Koreyaya 25 faizlik gömrük rüsumu tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp Yaponiya və Cənubi Koreya liderlərinə göndərdiyi məktubda bu ölkələrdən edilən idxala 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Donald Tramp bazar ertəsi günü verdiyi açıqlamada yeni gömrük tariflərinin avqustun 1-dən qüvvəyə minəcəyini bildirib. Onun sözlərinə görə, bu qərar, tərəfdaş ölkələrlə ticarət razılaşmasına gəlmək üçün müəyyən edilən son tarixdən əvvəl göndərilən ilk rəsmi məktublardan biri olub.
Hər iki ölkənin liderlərinə demək olar ki, eyni məzmunlu məktublar ünvanlayan Tramp, ABŞ ilə Yaponiya və Cənubi Koreya arasındakı ticarət əlaqələrinin “təəssüf ki, qarşılıqlı olmaktan çox uzaq” olduğunu qeyd edib və gömrük rüsumlarının bu səbəbdən tətbiq olunduğunu vurğulayıb.
Mədinə Cəlilova
23:40 07.07.2025
Oxunuş sayı: 624