Rusiyalı politoloq: Sərhədlərimizdə yeni hərbi-siyasi blok – Turan İttifaqı formalaşır

Hazırkı geosiyasi şəraitdə bizə artıq düşmənlər lazım deyil.
Crossmedia.az xəbər verir ki, bu sözləri rusiyalı diplomat, politoloq Tatyana Poloskova deyib.
O bildirib ki, Zəngəzur mübahisələrin və konkret hakimiyyət nümayəndələrinin Ermənistanla korrupsiya və kommersiya oyunlarının predmetinə çevrilsə də, Rusiya üçün çox əhəmiyyətlidir:
“Bu səbəbdən, bəzi KİV-lərdə yaranmış anti-Azərbaycan isterikası ölkənin birinci şəxsi tərəfindən ciddi narazılıqla qarşılanıb. İdeoloji şüarlara və sentimental çıxışlara yer yoxdur – indi logistika və iqtisadi maraqlar dövrüdür. Qalan hər şey çoxdan keçmişdə qalıb. Təyyarə məsələsinə gəlincə – bəli, biz dərhal üzr istədik. Bəli, müharibədə hər şey baş verə bilər. Orada bizim vətəndaşlarımız da var idi. Bəlkə sualları birdəfəlik bağlamaq lazımdır? İşin mahiyyətini anlayanlar nə demək istədiyimizi bilir. Xarici siyasətə yönəlmiş səhvlər üzündən biz əsas məqamı gözdən qaçırdıq: sərhədlərimizdə yeni hərbi-siyasi blok – Turan İttifaqı formalaşır. Bu yalnız türk dövlətləri deyil, eyni zamanda Macarıstan, Türkiyənin təsiri altında olan Bolqarıstan və onunla sıx əməkdaşlıq edən Serbiyadır. 2018-ci ildə Turan İttifaqı ilə bağlı vəziyyəti və perspektivləri öyrənmək, onunla münasibətləri formalaşdırmaq məqsədilə büdcə vəsaitləri ayrılıb. Amma rus tərəfi bu vəsaitləri Antalyada əyləncələrə sərf edib. Bizim bu struktura qarşı münasibət sistemini qurmaq üçün cəmi 3-5 il vaxtımız var. Bu ittifaqın real təhlükəyə çevrilməsinə imkan verməməliyik. Rusiyada türk xalqlarının sayını da unutmaq olmaz. Ona görə də Rusiya ilə Azərbaycan arasında münaqişəni qızışdıranlar ya Rusiyaya düşmən, ya siyasətdən uzaq adamlar, ya da sadəcə cahillərdir”.
Nəzrin Salmanova
22:00 07.07.2025
Oxunuş sayı: 686