Türkiyənin Balıkesir şəhərində meşə yanğını: Əraziyə hava və quru qüvvələri cəlb olunub

Türkiyənin Balıkesir şəhərinin Dursunbəy rayonunda açıq sahədə başlayan yanğın meşəlik əraziyə keçib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının qarşısını almaq üçün bölgəyə bir helikopter, üç təyyarə, müxtəlif texniki avadanlıqlar və 100 nəfərlik şəxsi heyət cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində intensiv işlər davam etdirilir.
20:30 07.07.2025
Oxunuş sayı: 697