Rosqvardiyanın sabiq sədr müavini həbs edilib

Rusiya Federasiyasının Milli Qvardiyasının (Rosqvardiya) sabiq sədr müavini, general-polkovnik Viktor Striqunov saxlanılıb və Moskvanın “Lefortovo” istintaq təcridxanasına göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə KİV yayıb.
İlkin məlumatlara əsasən, cinayət işi Novosibirsk yaxınlığında hərbi poliqonun tikintisi zamanı baş vermiş mənimsəmələrlə bağlıdır. Striqunova qarşı rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Xumar Emilqızı
20:10 07.07.2025
Oxunuş sayı: 725