Rusiyada keçmiş nazir intihar etdi: Arkadiy Rotenberqin adı hallanır

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt mükafat olaraq aldığı silahla özünü vuraraq intihar edib. Hadisə Moskva vilayətindəki Maleviç parkında baş verib. Onun Tesla markalı avtomobilinin yanında 2023-cü ildə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş mükafat silahı tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Məlumata görə, Starovoytun ölümü şənbə gecəsindən bazar gününə keçən gecə baş versə də, bu barədə rəsmi açıqlama yalnız bazar ertəsi verilib. Gecikmiş açıqlama ictimaiyyətdə şübhələr doğurub.
İntihardan bir gün əvvəl, korrupsiya ittihamı ilə həbs edilən Kursk vilayətinin sabiq qubernatoru Aleksey Smirnov Starovoyta qarşı ifadə verib.
Mənbələrə görə, Starovoytun ölümündən ən çox faydalanan şəxs onun faktiki rəhbəri sayılan oliqarx Arkadiy Rotenberqdir.
Hadisə “daxili intriqalar” fonunda baş verdiyi üçün ictimaiyyətin diqqətində qalmağa davam edir.
Nigar Rəhimova
19:44 07.07.2025
Oxunuş sayı: 833