Rusiyanın Xarkova İHA hücumu nəticəsində 27 nəfər yaralanıb

Rusiya Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatları (İHA) hücumu nəticəsində azı üçü uşaq olmaqla 27 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumata verib. Hücum zamanı çoxmərtəbəli yaşayış binaları və bir uşaq bağçası da ziyan görüb. Rusiyanın İHA və raket hücumlarının tez-tez hədəf aldığı Xarkov şəhəri ölkənin şimal-şərqində, Rusiya sərhədinə yaxın ərazidə yerləşir.
Xarkov şəhərinin meri İqor Terexovun (Ihor Terekhov) sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli binalardan birində yanğın baş verib. Hücumda yaralananların əksəriyyətinin Şevçenkivskiy rayonunda olduğu bildirilib.
Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov Telegram vasitəsilə verdiyi açıqlamada bildirib ki, hadisə yerində fövqəladə xidmətlərin fəaliyyəti davam edir.
Rusiya tərəfindən hücuma dair hələlik rəsmi açıqlama verilməyib. Bununla yanaşı, ötən gün günorta saatlarında Rusiyanın Ukraynanın şimal-şərqində yerləşən Sumı vilayətinə endirdiyi hücum nəticəsində iki nəfər həlak olmuş, iki nəfər isə yaralanmışdı. Həmin hücum zamanı təxminən 20 binanın da zərər gördüyü bildirilmişdi.
Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko da Telegram hesabında gecə saatlarında baş verən hücum nəticəsində şəhərin 10 rayonunda bir çox bina və avtomobilin zərər gördüyünü qeyd edib. Lakin bu hücumda tələfat və ya yaralanma qeydə alınmayıb.
Mədinə Cəlilova
20:50 07.07.2025
Oxunuş sayı: 735