AEBA Zaporojye AES-də əməkdaşlarının sayını artırmayacaq – Rafael Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Zaporojye Atom Elektrik Stansiyasında (AES) çalışan əməkdaşlarının sayını artırmağı planlaşdırmır. Bu barədə MAQATE-nin Baş direktoru Rafael Qrossi məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Qrossi bu barədə Varşavada jurnalistlərə açıqlama verib. O, hazırda Zaporojye AES-də agentliyin bir neçə mütəxəssisinin çalışdığını və onların stansiyanın təhlükəsizliyi ilə məşğul olduqlarını bildirib.
Qrossi qeyd edib ki, stansiyada təhlükəsizlik məsələlərinə nəzarət edən mütəxəssislər vəziyyəti daimi şəkildə izləyirlər və bu mərhələdə əlavə əməkdaşlara ehtiyac yoxdur.
Zaporojye AES hal-hazırda Rusiya qüvvələrinin nəzarəti altındadır və stansiyanın təhlükəsizliyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
Fatimə Nəbiyeva
18:07 07.07.2025
Oxunuş sayı: 1058