Nyu-York merliyinə namizəd Aşura mərasimində iştirak edib

Endryu Kuomonun əsas rəqibi, solçu demokrat və Nyu-York merliyinə namizəd Zohran Mamdani yalnız sosialist düşüncələri ilə deyil, həm də Nyu-Yorkda keçirilən ənənəvi şiə Aşura mərasimində iştirakı ilə gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, O, ABŞ-da bu vəzifəyə namizəd olan ilk şiə müsəlmandır. Mamdani yarı Uqanda və yarı hindistanlıdır. Trampa qarşı sərt açıqlamaları və Respublikaçılar Partiyasının siyasəti onu Amerikada ən çox danışılan simalardan birinə çevirib.
13:25 07.07.2025
Oxunuş sayı: 689