İsrail Ordusunun Baş Qərargah rəisi girov razılaşmasına üstünlük verir

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir HƏMAS-la girov mübadiləsinə dair razılaşmaya üstünlük verir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, mənbənin sözlərinə görə, Eyal Zamir hesab edir ki, hərbi əməliyyatların davam etdirilməsi girovların həyatını təhlükə altına ata bilər. Generalın fikrincə, HƏMAS-ın əlavə zəiflədilməsinin mümkün nəticələri hazırda qeyri-müəyyəndir.
Bununla belə, nəşr yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasında və radikal qrupların silahsızlaşdırılmasında israr edir.
Fatimə Nəbiyeva
13:18 07.07.2025
Oxunuş sayı: 685