“Pilotsuz yoldaş” döyüş meydanında: MQ-28 Ghost Bat ilk dəfə sınaqdan keçirildi

Boeing Defence Australia və Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF) MQ-28 Ghost Bat pilotsuz uçuş aparatının ilk “taktiki” sınaqlarını həyata keçirib. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Ghost Bat” yalnız Avstraliyada yaşayan yırtıcı yarasanın adıdır. Sistem, Avstraliya tərəfindən Airpower Teaming System (ATS) proqramı çərçivəsində yaradılıb. Bunun ABŞ-ın CCA (Collaborative Combat Aircraft) proqramı ilə əlaqəsi yoxdur.
İstehsalçı şirkətin məlumatına görə, MQ-28 təyin olunmuş hava hədəfinə zərbə endirmək bacarığını nümayiş etdirib”. Amma bu ifadənin konkret mənası açıqlanmayıb.
PUA-ların idarəetməsi RAAF-ın E-7 Wedgetail Awacs təyyarəsinin operatoru tərəfindən həyata keçirilib. Sınaqlarda iki MQ-28 aparatı və bir virtual model istifadə olunub. Təfərrüatlar açıqlanmasa da, düşmən qırıcılarının da simulasiya model olduğu ehtimal edilir.
12:15 07.07.2025
Oxunuş sayı: 669