The Telegraph: “Britaniya İranı özünün ən böyük təhdidlərindən biri hesab edir”

İran Britaniyanın milli təhlükəsizliyinə ən böyük təhdidlərdən biri adlandırılacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı, “The Telegraph” parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin məxfi hesabatına istinadən məlumat yayıb.
Hazırlanması 2 il davam edən 100 səhifəlik sənəddə “İran kəşfiyyat orqanları Britaniyada müxalifləri öldürməyə çalışır” qənaətini özündə əks etdirəcək.
Hesabatın müəllifləri iranlı hakerlərin Britaniya şirkətlərinə vurduğu zərəri də açıqlayacaqlar. Bildirilir ki, hesabatın hazırlanmasına Baş nazir Kir Starmer şəxsən icazə verib. Ancaq onun dəqiq nə vaxt çap olunacağı məlum deyil.
11:44 07.07.2025
Oxunuş sayı: 2958