Tramp: "Bir həftə ərzində Qəzza zolağında atəşkəs elan oluna bilər"

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs razılaşmasının bir həftə ərzində əldə oluna biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, müqavilə bağlanarsa, zolaqda saxlanılan kifayət qədər girovlar azad olunacaq. Bundan əlavə, Amerika lideri bildirib ki, ABŞ İranla vəziyyətin uzunmüddətli sülh yolu ilə nizamlanması üzərində İsraillə işləyir.
Eyni zamanda “The Narional” nəşri yazır ki, Tramp bu gün Qəzza zolağında atəşkəs elan edə bilər.
10:55 07.07.2025
Oxunuş sayı: 947