Boliviya və Rusiya strateji tərəfdaş oldu

Boliviya ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu barədə Boliviya Prezidenti Luis Arce açıqlama verib. O bildirib ki, ölkəsi Moskvanın bütün Latın Amerikası ilə əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Boliviya lideri bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib. Luis Arcenin sözlərinə görə, Boliviya müxtəlif beynəlxalq platformalarda hər zaman ümumi rifahın təşviqinə çalışıb və bu kontekstdə Rusiyanın beynəlxalq arenadakı rolunu da nəzərə alıb.
“Fəaliyyətimiz həmişə planetdə ümumi xeyri təşviq etməyə yönəlib və bu zaman Rusiyanın beynəlxalq aləmdə oynadığı rolu nəzərə almağa çalışmışıq” – deyə Arce vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Latın Amerikası ölkələri arasında son illər əməkdaşlıq meyilləri artmaqdadır. Boliviyanın bu prosesdə daha fəal iştirak etməsi Moskva üçün yeni strateji imkanlar yarada bilər.
Fatimə Nəbiyeva
09:30 07.07.2025
Oxunuş sayı: 752