İlon Mask “Amerika Partiyası”nı təsdiqlətmək üçün müraciət edib

Amerikalı milyarder İlon Mask yeni siyasi partiya qurmaq niyyətini rəsmiləşdirib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin tanınmış iş adamı və “X” sosial şəbəkəsinin sahibi İlon Mask “Amerika Partiyası”nın rəsmi qeydiyyatı üçün ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib. Müvafiq sənəd iyulun 6-da FEC-in rəsmi saytında dərc olunub.
Crossmedia.az xəbər verir ki, Mask iyulun 5-də “X” sosial şəbəkəsində keçirdiyi sorğunun nəticələrinə əsasən siyasi partiyanın yaradıldığını elan edib. “Bu gün azadlığınızı geri qaytarmaq üçün Amerika Partiyası quruldu”, – deyə o paylaşımında bildirib.
Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib və onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.
Mədinə Cəlilova
23:10 06.07.2025
Oxunuş sayı: 585