Zelenski Rusiyanın dərinliklərinə yeni zərbələr barədə xəbərdarlıq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın arxa cəbhəsinə qarşı yeni zərbələrin planlaşdırıldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu zərbələrin məqsədi Moskvanın “iştahını azaltmaqdır”.
Zelenskinin sözlərinə görə, Kiyev Qərb müttəfiqləri ilə birgə uzaqmənzilli silahların istehsalını genişləndirir. Dövlət başçısı, həmçinin “həyat mühafizə vasitələrinin” yaradılmasını Ukraynanın prioritetlərindən biri kimi təqdim edib.
20:50 06.07.2025
Oxunuş sayı: 645